Vaxtin qiyməti

Bir gün Bəhlul Danəndə Abasi xəlifəsi Harun Rəşddən soruşdu:
— Ey xəlifə, sənə üç sualım var: 1. Yerin üstündə, 2. Yerin altında, 3. Göydə ən çox nə var?
Harun Rəşid belə cavab verdi:
— Yerin üstündə ən çox canlılar var. Yerin altında ən çox ölülərdir. Göydə isə ən çox olan qanadlılardır. Quşlar, kəpənəklər və s.
Bəlul mənalı-mənalı baxaraq belə buyurdu:
— Xeyr, ya xəlifə, sən işin zahiri tərəfini söyldin. Həqiqətini demədin. Yer üzündə ən çox olan şey tamahlardır, ehtiraslardır, qısqanclıq və bitmək bilməyən nəfsani arzulardır. Yerin altında ən çox mövcud olan şey “eyvah”, “vay” ilə “kaş ki”lərdir. Göydə isə ən çox olan Allaha çıxan saleh əməllərdir.
Davamı →

Dua et ki, Rəbbin sənə dəyər versin

Allahim! Əziz Peyğəmbərimizə bizim üçün dua və yalvarışları olmasa onlara nə deyə dəyər verim… dediyini bilirik. (əl-Furqan, 77)
Şanı uca Rəbbimiz! Hər gecə, gecənin son üçdə biri qaldıqda dünya göyünə nazil olaraq “Bağışlanma diləyən yoxmu, tövbə edən yoxmu, dua edən yoxmu?” “Kim Mənə dua edir, duasını qəbul edim! Kim Məndən istəyir, istədiyini verim! Kim Məndən bağışlanma diləyir, onu bağışlayım!” buyurduğunu da həbibin bizlərə xəbər verdi. (Buxari, Dəavat, 14)
Yenə “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!” (əl-Mumin, 60) deyərək tənbeh edişindən də xəbərdarıq, ya Rəbbi!
Davamı →

Müqəddəs amal uğrunda həmrəy olmaq

Yaşadığımız torpaqlar öz strateji əhəmiyyətinə, yeraltı və yerüstü zənginliklərinə görə hər zaman yadelli işğallarına məruz qalmış, məkrli düşmən siyasətinə hədəf olmuşdur. Çox da uzağa getmədən, hələ 19-cu əsrin ilk qərinəsində (1828-ci ildə) Rusiya və İran arasında imzalanmış Türkmənçay müqaviləsi ilə otaylı-butaylı Azərbaycanımızın ikiyə bölünməsini ürək ağrısıyla dilə gətirmək kifayətdir. Beləliklə də bir anda Arazın o tayında bacı, bu tayında qardaş, o tayda ata, bu tayda oğul, o tayda ana, bu tayda gəlin… qaldı. Uzun illər vətən və millət həsrəti ilə yanıb-qovruldu qəlblər. Öz vətənində öz vətəni üçün darıxan, həsrət qalan həmvətənlərimizin bu ayrılıq nisgili misralara bu cür həkk olundu:
Davamı →

İnfaqdan isara

636-cı ildə baş tutan qanlı Yərmuk döyüşü müsəlmanların zəfəri ilə nəticələnmiş, beləcə, Bizansın Suriya torpaqlarındakı hegemonluğuna son qoyulmuşdu. Aralarında minə yaxın səhabənin və yüz Bədir qazisinin də iştirak etdiyi qəlbi imanla dolu İslam ordusunun əsgərləri bu qanlı müharibədə sadəcə igidlik və qəhrəmanlıq göstərmir, eyni zamanda misilsiz alicənablıq, fədakarlıq və qardaşlıq nümunəsi sərgiləyirdilər. Dildən-dilə gəzərək dastanlaşan bu fədakarlıq nümunələrindən birini Hüzeyfətul-Ədəvi (r.a)-dan dinləyək:
Davamı →

Sevgiliyə can daşımaq

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sən düz yola yönəldirsən. O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa hamısı Onundur”. (əş-Şura, 52-53).
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükür və həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
İnsan olmaq böyük və məsuliyyətli bir işdir. Haqq üzrə olmaq və Haqdan endirilən əmrlərin ahənginə həyatının hər bir sahəsini könül xoşluğu ilə ram edərək bu ülvi bərəkəti başqalarına da daddırmaq və qazanılan canları haqqa yönələn qulluq karvanının bir üzvü etmək təsəvvürlərə sığmayacaq xilaskarlıq çalışmasıdır. Ətrafımızda baş verənlərə diqqətlə nəzər yetirsək görərik ki, bütün insani, texniki imkan və cəhdlərə baxmayaraq quruda baş verən qəzalarda, çay və dənizlərdə devrilən gəmilərdə həlak olanların sayı onlarla, yüzlərlə ölçülür.
Davamı →

Həyat ölçüsü

Qəza və qədərə inanmaq iman əsaslarından altıncısıdır. Aləmdəki canlı-cansız hər varlığın, Günəşin, Ayın və ulduzların yoxdan yaradıldığını bilirik. Bütün bunların müəyyən bir nizam və ölçülər içərisində hərəkət etdiyini və dəyişdiyini, zamanı gəlincə də yox olduğunu görürük.
Bu incə nizam, aramsız meydana gəlmə və yaradılış bir təsadüfün əsəri ola bilməz. Bütün bunları edən sonsuz bir güc var ki, o da Allahdır. Onun elminin xaricində heç bir şey ola bilməz. Əzəldən əbədə qədər nə olacaqsa O, hamısını bilir.
Aləmdə baş verən, cərəyan edən hər şey Allahın qəza və qədəri ilədir. Hər şey Allahın elm, iradə və qüdrətinin əsəridir, ilahi qanuna tabedir. Hər şeydə səbəblər, bir sıra ölçülər mövcuddur. Bütün bunlar Allahın qəza və qədərinə uyğun olaraq meydana gəlir. Allah müəyyən bir səbəb və hikmətə uyğun olaraq yaradır.
Davamı →

Ehtiyacı olanın xidmətində durun

“Ata-anaya yaxşılıq etmək namazdan, orucdan, həccdən, ümrədən və Allah yolunda cihad etməkdən daha fəzilətlidir”. Muhəmməd peyğəmbər (s.ə.s)

Bir gün məşhur sufi Əbül-Həsən Hərkaninin tələbələri ondan nəsihət istədilər. Hərkani dedi: “Çalışın, özünüzə dua qazanın”. Soruşdular: “Kimin duasını qazanaq?” Cavab verdi: “Möhtac olan hər kəsin. Ehtiyacı olana yardım göstərin, qoy o sizə dua etsin. Ən çox da ata-ananın duasını qazanmağa çalışın. Əgər valideynləriniz sizin əlinizə baxırsa, sizə möhtacdırsa, onlarla xoş davranın, onları incitməyin. Unutmayın, ata-anaya xidmət etmək bu dünyada böyük şərəf, axirətdə böyük savabdır”.

Sonra Hərkani öz şagirdlərinə belə bir əhvalat danışdı:

Keçmişdə iki mömin qardaş yaşayırdı. Onların qoca anası vardı. Qardaşlar növbə ilə anaya qulluq edirdilər. Bir gecə qardaşlardan biri ananın yanında qalıb ona xidmət göstərirdi, o biri qardaş gecə boyunca ibadət edirdi. Növbəti gecə qardaşlar yerlərini dəyişirdilər. Dünən anaya qulluq edən qardaş bu gecə ibadətlə məşğul olurdu, ananın yanında isə o biri qardaş qalırdı.

Bir gün oğullardan biri ibadətdən o qədər zövq aldı ki, qardaşından xahiş etdi: “Bu gecə də mənim əvəzimə anamızın yanında qalarsanmı? Ötən gecə ibadətdən o qədər ləzzət aldım ki, yenə bunu təkrar etmək istəyirəm”.
Ardı →

Son anda verilən halallıq

Keçmiş kitablarda məhşur övliya və ariflərin həyatından maraqlı, tərbiyəvi xarakter daşıyan əhvalatlara tez-tez rast gəlinir. Məşhur övliyalardan olmuş Malik ibn Dinarın həyatında baş vermiş, Dr. Ənvər Örənin “Evliyalar Ansiklopedisi”ndə əks olan bir qissəni də sizə təqdim edirik.

Deyilənə görə Malik ibn Dinar həcc mövsümündə ziyarətini başa vurduqdan sonra müqəddəs məkanda yatmış ikən yuxuda bir səs eşidir: “Ey Malik! Bu il həccə gələnlərdən filan əlamətli Əbdürrəhman ibn Mühəmmədin günahları bağışlanmadı, həcci də qəbul olmadı”.

Malik səhər hacıların arasında dolaşıb, yuxuda ona deyilən əlamətlər əsasında Əbdürrəhmanı axtarmağa başlayır. Ona deyirlər ki, dediyin adam Quran əhlidir, yəni Quran qaresidir, hər il öz şəhərindən durub həccə gəlir.

Malik ibn Dinar axtara-axtara dolaşıb, Əbdürrəhmanı tapır. Görür ki, bir güşəyə çəkilib Quran oxumaqla məşğuldur. Əbdürrəhman Maliki görən kimi ürəkdən bir ah çəkib huşunu itirir. Özünə gələndən sonra Malikdən soruşur: “Sən yəqin ki, bu gecə məni yuxuda görmüsən, indi də Allah-təalanın məni bağışlamadığını söyləmək üçün gəlmisən”.


Ardı →

Sufilərin hikmət dəryasından damlalar

Bizə sahib çıxarlar
Məşhur təsəvvüf xadimi, Misir övliyalarından olan Fəxrül-Farisidən bir gün tələbəsi soruşur: “Mən cəhənnəmdən çox qorxuram. Həmişə bunun fikrindəyəm ki, görəsən, cəhənnəm əzabından qurtula biləcəyəmmi?”

Fəxrül-Farisi cavab verir: “Axirət haqqında düşünməyin çox yaxşıdır, oğlum. Amma ümidini üzmə. Inşallah, qurtularsan”. Tələbə heyrətlə soruşur: “Təki olsun, ustad. Amma necə qurtulacağam? Bu qədər günahla Allahın qarşısına necə çıxacağam?” Təmkinini pozmayan Farisi deyir: “Ümidimiz budur ki, qiyamətdə böyüklərimiz (yəni bizdən əvvəlki övliyalar) bizim barəmizdə şəfaət edərlər, bizə sahib çıxarlar”. Tələbə: “Deməli, ümidimiz şəfaətə qalır? Bəs, əgər böyüklərimiz bizə sahib çıxmasalar, halımız necə olar?” Fəxrül-Farisi eyni aramlıqla söyləyir: “Üzülmə, oğlum. Əgər biz bu gün onlara sahib çıxsaq, onlar da qiyamət günündə bizə sahib çıxarlar”. Tələbəsinin sualla dolu gözlərinə baxan Fəxrül-Farisi başa düşür ki, tələbə onun sözlərini anlamayıb. Buna görə bayaqkı sözlərinə izahat verir: “Sözümün mənası budur ki, əgər biz böyüklərimizdən sağ olanların sözünə qulaq assaq, nəsihətlərinə əməl etsək, rəhmətə gedənlərin ruhunu dua ilə yad etsək, onlara sahib çıxmış olarıq. Əgər biz indi onlara sahib çıxsaq, bu əməllərimiz də Qiyamətdə mütləq bizim dadımıza yetişər, bizə sahib çıxarlar”.


Ardı →

Allah kasıbların ruzisini varlıların əli ilə yetirir

İki yüz il bundan əvvəl yaşamış mərhum müctəhid Şeyx Cəfər Kaşifül-qita o qədər böyük şöhrətə malik idi ki, onu “şeyxi-kəbir” (böyük şeyx) deyə çağırırdılar. Kaşifül-qita kasıbların yardımçısı kimi tanınırdı.

Onun əqidəsi bu idi ki, Allah-təala kasıbların ruzisini varlıların öhdəsinə buraxıb və imkanlı adamların sərvətindən alıb kasıblara vermək Allahın iradəsini yerinə yetirmək deməkdir. Buna görə də Şeyx imkanlı adamların pulunun bir hissəsini müxtəlif yollarla onlardan alıb kasıblara paylayırdı. Bəzən bunun üçün qeyri-adi üsullardan da istifadə edirdi. Məsələn, Nəcəfdə və ətraf məntəqələrdə yaşayan şiə tacirlər onu öz evlərinə qonaq çağırmaq üçün yarışırdılar. Hər kəs istəyirdi ki, Şeyxi evinə qonaq aparıb ona xidmət göstərsin.


Ardı →